Parlament sədri istefa verdi

Parlament sədri istefa verdi
  29 May 2013    Oxunub:1076
Liviya parlamentinin sədri Məhəmməd əl-Maqrif yeni qəbul edilmiş qanun üzündən istefa verməli olub.
Ali qanunverici orqanın yeni qərarına görə, Müəmmər Qəddafi dövründə yüksək vəzifə tutmuş şəxslər hakimiyyətin yeni orqanlarında işləyə bilməz. Əl-Maqrif istefası barədə belə deyib: "Mən bu addımı hüquq və demokratiya naminə atıram. Hamı qanun qarşısında istisnasız olaraq bir olmalıdır" .

Parlament sədri əlavə edib ki, bu postu alnıaçıq və təmiz vicdanla tərk edir.

Qeyd edək ki, təcridetmə ilə bağlı qanun bu il mayın əvvəllərində qəbul olunub.

Sənədə əsasən, Müəmmər Qəddafinin 42 illik hakimiyyəti illərində yüksək vəzifələr tutmuş şəxslər qarşıdakı 10 il ərzində hakimiyyət strukturlarında işləməkdən məhrum edilir.

Bu qanun ümumilikdə parlamentin 40-a qədər deputatı, o cümlədən müvəqqəti hökumətin rəhbəri Əli Zeydana da şamil olunacaq.

AzVision.az



Teqlər:  





Xəbər lenti