SOCAR “Washington Post”a cavab verdi

SOCAR “Washington Post”a cavab verdi
  14 May 2015    Oxunub:1974
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Washington Post”da dərc olunmuş məqaləyə dair bəyanat verib.SOCAR-ın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərdə bildirilib:

"Biz “Washington Post” nəşrində dərc olunmuş “SOCAR-ın 2013-cü ilin mayında Bakıda keçirilən konfransdakı məxfi rolu” adlı məqalə ilə əlaqədar ciddi narazalığımızı ifadə edirik. SOCAR heç vaxt konfransdakı iştirakını gizlətməmiş və məqalədə qeyd olunduğu kimi, SOCAR-ın loqosu və adı Bakıda keçirilən konfransda əks olunub.

SOCAR qeyd olunan məsələ ilə əlaqədar heç vaxt təhqiqatın obyekti olmayıb. Çünki SOCAR-ın Bakıda keçirilən konfransın maliyyə sponsoru olması faktını ictimaiyyətə səfəri təşkil edən sponsorlar bildirməli idilər.

Biz təhqiqat ərzində tam əməkdaşlıq etmişik. Səfər təşkilatçılarının qaydalara əməl etməməsi təəssüf doğurur və bu məlumatların niyə açıqlanmaması bizə aydın deyil.

SOCAR məsələnin aydınlaşdırılması üçün köməkliyini göstərməyə hazırdır və yerləşdiyi mühüm regionla əlaqədar qanunverici orqanları təmsil edən şəxslərin iştirakı ilə keçiriləcək tədbirlərə sponsorluq etməyi səbirsizliklə gözləyir."

AzVision.az


Teqlər:  





Xəbər lenti