Rəsmi: `Tatu`lu əsgərlər məcburi xəstəxanaya göndərilir
Məlumata əsasən, çağırış zamanı hərbi komissiyanın həkim mütəxəssisi ehtiyac olduğu təqdirdə bədənində tatuajı olan çağırışçını müayinəyə göndərir. Həmin müayinənin nəticəsi olaraq da şəxsin hərbi xidmətə yararlı olub-olmadığı müəyyənləşir. Çünki, tatuaj (tatu, döymə) bədənə xəsarət yetirməkdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar doğrudur. Xidmətdən onu da qeyd ediblər ki, Xüsusi Qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınaraq, bədənlərinin müxtəlif nayihələrində tatuaj (döymə) etdirən çağırışçılar "mənəvi-psixoloji durumun" müəyyən edilməsi məqsədi ilə Psixiatriya Xəstəxanalarında stasionar şəraitdə müayinəyə cəlb edilirlər.
Gültəkin ƏLƏSGƏR







Vaxtında, Aydın, Lazımlı!


