Azərbaycan-Vyetnam sənədləri imzalanıb

Azərbaycan-Vyetnam sənədləri imzalanıb
  14 May 2015    Oxunub:1386
Mayın 14-də Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi olub.
Mərasim Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının dövlət başçısı Çıonq Tan Şanqın iştirakı ilə keçirilib.

“SOCAR və Petrovietnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “Vietnam Oil and Gas Group” şirkətinin prezidenti və baş direktoru Nquyev Quoc Xan imzalayıblar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Vyetnamın kənd təsərrüfatı və kəndin inkişafı nazirinin müavini Vu Van Tap imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”i Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Vyetnamın maliyyə nazirinin müavini Do Hoanq Anh Tuan imzalayıblar.

“Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Vyetnamın nəqliyyat nazirinin müavini Nquyen Nqok Donq imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Vyetnamın nəqliyyat nazirinin müavini Nquyen Nqok Donq imzalayıblar.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mətbuata birgə bəyanatlarla çıxış ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti