`İqtidarla dialoqa hazırıq` - Müsavat

`İqtidarla dialoqa hazırıq` - Müsavat
  14 May 2015    Oxunub:2242
"Azərbaycan hakimiyyətinin siyasi qüvvələrlə təmas qurmasını, bu sahədə təşəbbüslərini müsbət qiymətləndiririk. Əgər müsbət nəticə versə, Azərbaycan cəmiyyətinin marağına uyğun olar".
AzVision.az xəbər verir ki, bunu jurnalisltərə açıqlamasında Müsavat Partiyası başqanı Arif Hacılı deyib. O vurğulayıb ki, Müsavatın təklifi qəbul olunarsa, onlar sabah keçiriləcək görüşdə iştirak edə bilər.

"Sabah görüşə Müsavat başqanı kimi məni dəvət ediblər və bildirilib ki, bu görüşdə əsasən Bakıda keçiriləcək I Avropa Oyunları müzakirə ediləcək və demək olar ki, qeydiyyatdan keçmiş bütün siyasi partiyaların nümayəndələri iştirak edəcək.

Biz hesab edirik ki, iqtidar-müxalifət dialoqu zəruridir və cəmiyyətin maraqlarına uyğundur. Real müxalifət görüşü olacaqsa, biz belə görüşlərdə iştirak etməyə hazırıq. Yaxın günlərdə, hətta bu gün təklifimizi qəbul etsələr elə sabahkı müzakirəyə qatılmağa hazırıq".

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti