Arif Hacılı nəhayət, danışdı...
A.Hacılı daha sonra partiyadan 55 nəfər istefa verməsi barədə məlumata da münasbət bildirib, sədr bu məlumatı təkzib edib: "Anonim siyahı yazılıb, amma yalnız 40 nəfərin adı çəkilib. Biz həmin rayon təşkilatı ilə danışdıq və bildirdilər ki, onların əksəriyyətinin adını tanımırlar, siyahıdakıların da yalnız 1-i şura üzvüdür, 7-i yox. Onlardan bəziləri isə əvvəllər istefa verdiyini dəfələrlə bəyan edənlərdir. İndiki şərtlərdə fəaliyyət göstərə bilmirlərsə, partiyadan gedənlərə görə qalanları qınamamalıdırlar. Görünür, hər kəs fədakarlıqlara hazır deyil, ona görə də Müsavatı tərk edənlərə görə təəssüfləndiyimi bildirirəm".
A.Hacılı daha sonra partiya qarşısında keçirilən piketdən söz açıb: "Partiya qarşısında piketdə yalnız 20 nəfər iştirak edib, onlardansa yalnız 3-ü partiyadan xaric edilib".
Arif Hacılı partiyada baş verənlərə görə, onun günahkar olması haqda iradların haqlı olduğunu bildirib.
"Mən Müsavat başqanıyam və ona görə partiyadakı bütün mənfi və müsbət baş verənlərə görə məsuliyyət daşıyıram. Ona görə də hədəfdə olmağımı təbii qarşılayıram".
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


