Arif Hacılı nəhayət, danışdı...

Arif Hacılı nəhayət, danışdı...
  14 May 2015    Oxunub:1745
"Müsavat Partiyasının qurultayını gözdən salmaq üçün səylər göstərilir. Bəzi mətbuat orqanları bunu şişirdir".
AzVision.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Müsavat başqanı Arif Hacılı partiya daxilində baş verənlərə münasibət bildirərkən deyib. A.Hacılı vurğulayıb ki, son 7 ay ərzində partiyaya üzv qəbul edilənlər, partiyanı tərk edənlərdən 6 dəfə çoxdur: "Son 7 ay ərzində üzv olanların sayı çıxanlardan 6 dəfə çoxdur. Divanın sonuncu toplantısında 3 nəfər xaric edildi, amma elə həmin iclasda 5 nəfər partiyaya qəbul edildi. Son aylar ərzində ümumilikdə 300-ə yaxın üzv partiyaya qəbul edilib. Bu dövr ərzində yalnız 9 nəfər xaric edilib, özü istefa verənlər isə 100 nəfərdir".

A.Hacılı daha sonra partiyadan 55 nəfər istefa verməsi barədə məlumata da münasbət bildirib, sədr bu məlumatı təkzib edib: "Anonim siyahı yazılıb, amma yalnız 40 nəfərin adı çəkilib. Biz həmin rayon təşkilatı ilə danışdıq və bildirdilər ki, onların əksəriyyətinin adını tanımırlar, siyahıdakıların da yalnız 1-i şura üzvüdür, 7-i yox. Onlardan bəziləri isə əvvəllər istefa verdiyini dəfələrlə bəyan edənlərdir. İndiki şərtlərdə fəaliyyət göstərə bilmirlərsə, partiyadan gedənlərə görə qalanları qınamamalıdırlar. Görünür, hər kəs fədakarlıqlara hazır deyil, ona görə də Müsavatı tərk edənlərə görə təəssüfləndiyimi bildirirəm".

A.Hacılı daha sonra partiya qarşısında keçirilən piketdən söz açıb: "Partiya qarşısında piketdə yalnız 20 nəfər iştirak edib, onlardansa yalnız 3-ü partiyadan xaric edilib".

Arif Hacılı partiyada baş verənlərə görə, onun günahkar olması haqda iradların haqlı olduğunu bildirib.

"Mən Müsavat başqanıyam və ona görə partiyadakı bütün mənfi və müsbət baş verənlərə görə məsuliyyət daşıyıram. Ona görə də hədəfdə olmağımı təbii qarşılayıram".

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti