Flora Kərimova məşhurlara cavab verdi: `O mahnıda həyatımı oxumuşam` - VİDEO

Flora Kərimova məşhurlara cavab verdi: `O mahnıda həyatımı oxumuşam` - VİDEO
  14 May 2015    Oxunub:31803
AzVision.az yeni layihəsini oxuculara təqdim edir: `Məşhurların sualı`. Bu rubrikada tanınmış şəxslər digər tanınmış şəxslərin suallarına video formatda cavab verəcəklər.

Rubrikanın ilk qonağı xalq artisti Flora Kərimovadır. Görək, tanınmışlar ona hansı sualları ünvanlayıblar və o, necə cavab verib.

Böyükağa Hacıyev, futbol məşqçisi:

1)
Belə gözəl oxumağı ona kim öyrədib?
2) Flora xanımın ən çox sevdiyi futbol komandası hansıdır?
3) Flora xanım bu gün məşqçi olsaydı, futbol üzrə milli komandamızı hansı taktika ilə oynadardı?
Əlavə olaraq deyim ki, mənim ən çox sevdiyim müğənnilərdən biridir. Başı bəlalıdır, ancaq çox gözəl insandır.



Qabil Hüseynli, politoloq:

1)
Flora xanım, səsiniz üçün çox darıxmışıq. Amma sizi efirlərdə az-az görürük. Çox görməyimiz üçün siz nə etməlisiniz, biz nə etməliyik?
2) Uzun müddət siyasi fəaliyyətlə məşğul olduqdan sonra yaradıcılıq planlarınızı həyata keçirməyə başladınız. Bu, həyatda sizə arzuladıqlarınızı reallaşdırmağa imkan verdimi?



Arif Babayev, xanəndə:

1)
Flora xanım mənimlə birlikdə “Leyli və Məcnun”u oynayıb. Sualım belədir ki, Flora xanım, “Leyli və Məcnun” un lentləri sizdə qalırmı?
2) Xanım müğənnimiz yenidən Leylini oynamaq istərdimi?



Aytən Səfərova, teleaparıcı:

1)
Flora xanım sakitliyi, təmkinliyi və xanım-xatınlığı ilə hamıdan fərqlənir. Amma indiki şou-biznes nümayəndələri gündəmdə qalmaq üçün ya həyasız, ya intriqa yaradan, ya da yalançı olurlar. Niyə bu üç xüsusiyyət Flora Kərimovada yoxdur? Və bu, ona çətin deyil ki?
2) Xarici müğənnilərdən kiminləsə duet oxumaq istərdinizmi?
3) Adətən cavan müğənnilər ya toydan, ya da sponsorlar vasitəsilə pul qazanırlar. Bəs Flora xanımın gündəlik gəliri haradandır?



Rəşid Mahmudov, həkim:

1)
Flora xanım özünüzü necə hiss edirsiniz? Kefiniz necədir?
2) Necə dolanırsınız?



Sərdar Cəlaloğlu, ADP sədri:

1)
Hazırda durumu necədir?
2) Qızı necədir, necə dolanırsınız?
3) Nənə olubmu? Nəvələri varsa, onlarla necə gün keçirir?



Vüsalə Mahirqızı, “APA Holdinq”in rəhbəri:

1)
Flora xanıma keçmiş daha çox maraqlıdır, yoxsa gələcək?
2) Müğənninin ictimai məsuliyyəti varmı, varsa, hara qədərdir? Sənətçi hansı problemlərlə bağlı mesaj verməlidirmi?
3) Flora xanım, öz həyatının korrektoru olsa, çoxmu səhvlər tapardı?



Şair Aqşin Yenisey:

- Flora xanım, sizə elə gəlmir ki, bizim titulyar sənətçilərin əksəriyyəti yaradıcılığa yuxarıda hakimiyyətə, aşağıda xalqa yaltaqlanmaqdan, yarınmaqdan daha az vaxt ayırırlar və gənc müğənnilərimiz hansısa məmurun restorandan telefon zəngini Allahın göylərdən göndərdiyi istedaddan daha “müqəddəs” hesab edirlər?



Habil Əliyev, kaman ustası:

- Flora xanım, siz niyə efirlərdə düzgün oxumayan gənc müğənniləri tənqid etmirsiniz? Çalışırsınız ki, onlarla yaxşı münasibətiniz olsun. Ancaq bir böyük kimi iradlarınızı bildirmirsiniz…



Vüsal Məmmədov, AzVision.az saytının baş redaktoru
- Sizin “Mənim, mənim” adlı mahnınız var. Çox cəsarətli mahnıdır. Hər adam bunu oxumağa qərar verə bilməzdi. O mahnının tarixçəsini bilmək istərdim, necə oldu ki, bu mahnını oxuyası oldunuz?



Şahanə Rəhimli
Çəkiliş, montaj, rejissura: Nuron Məmmədov
Dizayn: Turan Ramazanlı



Teqlər:  





Xəbər lenti