Avropalı gənclərdən “Bakı 2015” -ilə bağlı çağırış - VİDEO

Avropalı gənclərdən “Bakı 2015” -ilə bağlı çağırış - VİDEO
  14 May 2015    Oxunub:1759
Dünyanın müxtəlif ölkələrindən olan və Böyük Britaniyada təhsil alan gənclər avropalıları iyun ayında Bakıda keçiriləcək İlk Avropa Oyunlarında iştirak etməyə və izləməyə dəvət ediblər.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb.

Videorolikdə Avropanın 12 ölkəsindən olan gənclər hər biri öz dilində, ən sonda isə Azərbaycanın xalq artisti Faiq Ağayev azərbaycanca insanları İlk Avropa Oyunlarını dəstəkləməyə dəvət edir.

Videoçarxın müəllifi Kənan Rzayev hesab edir ki, hər bir ölkənin vətəndaşının yanız öz dilində diqqətini cəlb etmək və Bakıya – Avropa Oynlarına dəvət etmək maraqlı olar.



AzVision.az


Teqlər:



Xəbər lenti