`Əli Kərimli xaricilərin əlində alətdir`
- O adamlar həbs ediləndən dərhal sonra BAXCP sədri Qüdrət Həsənquliyev təşəbbüslə çıxış etmişdi ki, həbs-qəti imkan tədbiri dəyişdirilməlidir. Bu faktın özü sübut edir ki, Əli Kərimli Qüdrət bəyə böhtan atır. Kərimli Qüdrət bəyin milli və dövlət maraqlarından çıxış edən siyasətçi kimi xalqın rəğbətini qazanmasının fərqindədir. O, ağıllı və təmkinli çıxışları ilə narazı elektoratın hörmətini qazanır, həm də sözüz ki, radikalizmin dayaqlarını sarsıdır. Onun çıxışlarından pərt olan Əli Kərimli hər vəchlə özü əxlaqına və davranışına uyğun şərhlər yazır. Qüdrət bəy Kərimlidən fərqli olaraq, həmişə öz mövqeyinin olması ilə seçilib. Kərimli isə bu gün də satılmış adam kimi xaricilərin əlində alətdir. O başa düşsə də ki, xarici güclər Azərbaycanda demokratiya istəmir, ölkəni təzyiq altında saxlamaq istəyir, yenə də onlara xidmət edir. Çünki Əli onlar tərfindən qidalandırılır.
Niyaməddin Orduxanlı bildirib ki, Əli Kərimli hazırda müxbirlik etməklə məşğuldur: “Bekar adamdır, oturub komputerin qabağında yazı yazmaqla məşğuldur. Qüdrət bəylə bağlı indiyə qədər yazılanlarrın əksəriyyətini özü yazır və başqa imzalar qoyur. O, siyasətə müxbirlikdən gəlib. Ancaq hələ də müxbir olaraq da qalıb. Əbülfəz Elçibəyə və bütün dostlarına xəyanət edən Əli Kərimli sonda elə müxbir kimi çalışmalı idi və çalışır da. Həm də Kərimli bütün günü orta məktəblilər kimi facebook-da “like” toplamaqla məşğuldur”.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


