Şeyx ordenlə təltif edildi

Şeyx ordenlə təltif edildi
  15 May 2015    Oxunub:1985
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə RF İnquşetiya Respublikasının Maqas şəhərində keçirilən “Dində mötədillik – sülh, dinc qonşuluq və tərəqqiyə gedən yoldur” mövzusunda Beynəlxalq İlahiyyat Konfransında çıxış edib.
QMİ-nin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, konfransda Vətəndaş vəzifələri və Vətənə məhəbbət haqqında İnquşetiya İlahiyyat Bəyannaməsi və digər yekun sənədlər qəbul edilib.

Konfransın gedişatında Yevkurov Allahşükür Paşazadəni “Fəal ictimai-siyasi və dini-maarifçi fəaliyyətinə görə” RF İnquşetiya Respublikasının “Xidmətlərə görə” ordeni ilə təltif edib.




Teqlər:



Xəbər lenti