Prezidentin 12 iyun təklifi Milli Məclisdə

Prezidentin 12 iyun təklifi Milli Məclisdə
  15 May 2015    Oxunub:2867
Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək.
Parlamentin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib:

11. "Reklam haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə. (Üçüncü oxunuş)

2. "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

4. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi haqqında.(İkinci oxunuş)

5. "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.(İkinci oxunuş)

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

Milli Məclisin bu gün keçiriləcək iclasında prezident İlham Əliyevin 12 iyun tarixinin qeyri-iş günü olması ilə bağlı təklifi müzakirə olunacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti