Prezident iş adamlarına: Qanun çərçivəsində işləyin
Bu sözləri ötən gün Bakıda keçirilən Azərbaycan-Vyetnam biznes forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı müstəqillik dövründə Azərbaycanın böyük və şərəfli yol keçdiyini qeyd edib: “Bu gün biz iqtisadi müstəqilliyimizi, enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik. Bölgədə nəqliyyat təhlükəsizliyi məsələləri də Azərbaycanın iştirakı ilə öz həllini tapır. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında çox önəmli bir nəqliyyat mərkəzinə çevriləcək və beləliklə, burada yeni imkanlar yaranacaq”.
Azərbaycanda biznes mühitinin çox müsbət olduğunu bildirən dövlət başçısı Azərbaycan dövlətinin özəl sektoru dəstəklədiyini qeyd edib:
“Mən Azərbaycanın iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara siyasi dəstəyimi verirəm. İş adamlarından yeganə tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər. Belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər öz həllini qanun çərçivəsində tapmalıdır”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


