Azərbaycanlı qadınları İstanbulda satırmış

Azərbaycanlı qadınları İstanbulda satırmış
  15 May 2015    Oxunub:3325
Bu il mayın 7-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir qadın alverçisinin şəxsiyyəti müəyyənləşdirilib.
AzVision.az-ın idarəyə istinadən məlumatına görə, Azərbaycan vətəndaşı, 1985-ci il təvəllüdlü Bayramzadə Aysel Şükür qızının qadınları cinsi istismar məqsədilə İstanbul şəhərinə apararaq insan alverinə məruz qoyması faktı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti