Dialoq necə keçdi? – Deputatdan açıqlama
Deputat Avropa Oyunları ilə bağlı məsələnin dialoqda müzakirə olunmasını dəstəklədiyini bildirib: “Mən Avropa Oyunlarını dəstəkləyirəm, əleyhinə deyiləm, lakin məhbus məsələsi də həll olunmalıdır. Bu təklif Prezident Administrasiyasında müzakirə olunacaq. Görüşdə seçkilərin müzakirəsinə də münasibət bildirilib”.
İ.Ağazadə həmçinin qeyd edib ki, dialoqda seçki məsələsinin müzakirəsinə ehtiyac yoxdur: “Seçkilərin müzakirə olunmasının tərəfdarı deyiləm, çünki seçkidə heç nə müzakirə oluna bilməz. Mövcud qanunvericilik çərçivəsində ədalətli keçirilməsi kifayətdir. Məcəllə dəyişəcək? Bu, praktiki mümkün deyil, çünki vaxt yoxdur. Ona görə də seçkini müzakirə edib, yalandan saqqız kimi çeynəməyin mənası yoxdur. Avropa Oyunlarını hər kəs dəstəkləyir, ona qarşı çıxan yoxdur”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


