Xırdalan dairəsi açıldı

Xırdalan dairəsi açıldı
  15 May 2015    Oxunub:2874
Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 11-ci kilometrliyində yerləşən Xırdalan dairəsində aparılan təmir-tikinti işləri qısa zaman kəsiyində yekunlaşıdırılıb.
Bu barədə AzVision.az-a Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən məlumat verilib.

Məlumata görə, artıq dairə və yan yollar tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb, yerinə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, dairədə və dairəyə giriş-çıxış yollarında 16 min kv. metrdən çox asfalt-beton örtüyü döşənib.

“Azəryolservis” paytaxtın bəzi küçə və prospektlərində təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə sürücülərdən üzr istəyir və görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xatırladaq ki, “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi nəqliyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti