Seçici siyahılarının 90 faizi hazırdır

Seçici siyahılarının 90 faizi hazırdır
  15 May 2015    Oxunub:1362
“Azərbaycan üzrə seçici siyahıları yekunlaşmaq üzrədir”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, bu iş ayın sonuna qədər yekunlaşacaq:

“Çalışmalıyıq ki, vətəndaşların səsvermə hüququ pozulmasın. Bununla bağlı da iş aparılır. Düşünürəm ki, ilin sonunda keçiriləcək parlament seçkilərində vətəndaşların səsverməsində problem olmayacaq”.

M.Pənahov əlavə edib ki, hansısa səbəblərdən seçici siyahısına düşə bilməyən vətəndaşların seçki günü səs verməsi üçün heç bir problem yaranmayacaq: "Hər bir vətəndaşa seçkilərdə iştirak etmək imkanı yaradılacaq. Yəni seçici siyahısına düşməyən vətəndaş qeydiyyatda olduğu ərazi üzrə seçki məntəqələrində şəxsiyyət vəsiqəsini təqdim etməklə səsvermədə iştirak edə bilər".

AzVision.az


Teqlər:



Xəbər lenti