`ASAN Xidmət böyük uğurdur` - Millət vəkili
“2014-cü ilin oktyabr ayından 2015-ci ilin may ayına qədər davam davam edən mükafat qalibi olmaq uğrunda dünyanın bütün ölkələrindən dövlət xidmətlərinin göstərilməsi sahəsində yüzlərlə təşəbbüs və layihələr qatılıb. Amma “ASAN xidmət” seçim prosesinin bütün mərhələlərindən uğurla keçib və 20-24 aprel 2015-ci il tarixində BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin illik sessiyasında qalib seçilib.
“ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülüb. 2003-cü ildə təsis edilmiş BMT-nin Dövlət Xidmətləri Mükafatı dövlət xidmətləri sahəsində ən nüfuzlu beynəlxalq mükafat olaraq ölkə Prrezidenti cənab İlham Əliyevin təşəbbüslərinə və müasir idarəetmə texnologiyalarına verilən mükafat kimi qəbul etmək lazımdır. Bu bir daha onu sübut edir ki, ölkə Prezidentinin təşəbbüsləri təkcə ölkə daxilində deyil, eyni zamanda da dünya miqyasında ən yüksək səviyyədə qiymətləndirilir”.
Millət vəkili qeyd edib ki, Cənab Prezident İlham Əliyevin ideya müəllifliyi və birbaşa təşəbbüsü ilə yaradılan “ASAN Xidmət”in dünyanın ən nüfuzlu mükafatını alması Azərbaycanda müasir dövlət quruculuğuna verilən yüksək qiymətdir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


