Tutulan iş adamı ilə bağlı sensasion məlumat

Tutulan iş adamı ilə bağlı sensasion məlumat
  16 May 2015    Oxunub:5570
Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğlu Adil Hüseynov 318 milyon dolları mənimsəməkdə ittiham olunur.
AzVision.az xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında vəkil Kamandar Nəsibov deyib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs - Adil Hüseynov barədə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Vəkilin sözlərinə görə, müvəkkilinə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Teqlər:



Xəbər lenti