Nazirlərə bizneslə məşğul olmağa icazə verildi

Nazirlərə bizneslə məşğul olmağa icazə verildi
  16 May 2015    Oxunub:2511
Rusiya Dövlət Duması antikorrupsiya qanunvericiliyinə əlavələri ikinci və üçüncü oxunuşda qəbul edib.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, bununla da nazirlər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə ediblər.

Yeni qanun hökumət üzvlərinə biznes fəaliyyəti ilə şəxsən və ya qəyyum etdikləri şəxslər vasitəsi məşğul olmağa, həmçinin təşkilati-hüquqi formasından asılı olmayaraq təsərrüfat subyektlərini idarəçiliyində iştiraka imkan verir.

Ancaq bu, o halda mümkün olacaq ki, "federal qanunla başqa hal nəzərdə tutulmayıb və ya Rusiya Federasiyası hökumətinin federal qanunlara müvafiq şəkildə müəyyənləşdirdiyi qaydalarla onlara bu təşkilatın idarəçiliyində iştirak tapşırılmayıb"

AzVision.az


Teqlər:



Xəbər lenti