Şimali Koreya sülh təklif etdi

Şimali Koreya sülh təklif etdi
  29 May 2013    Oxunub:1109
Şimali Koreya gözlənilməz addım ataraq Cənubi Koreyaya sülh bağlamağı təklif edib.
Şimali Koreya 1950-1952-cü illərdə Koreya müharibəsindən sonra imzalanmış atəşkəs müqaviləsini sülh anlaşmasıyla əvəzləmək niyyətindədir. Hakim "Nodon sinmun" partiyasına məxsus qəzetin bu günkü sayında qeyd olunub ki, sülh sənədi Koreya yarımadasında sabitliyin əldə olunmasına kömək edəcək.

Məqalənin müəllifləri qeyd edir ki, atəşkəslə bağlı anlaşma yarımadada sülhə təminat verə bilməz. Çünki, Amerika Birləşmiş Ştatlarının atəşkəs sazişini saxlamaq cəhdləri onun güc hesabına Şimali Koreyanı məhv etməyə hesablanıb. Qeyd edək ki, nə Seul, nə də Vaşinqton Pxenyanın sülh təklifinə cavab verməyə tələsmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti