Məşəl Gəncədə

Məşəl Gəncədə
  16 May 2015    Oxunub:2251
“Bakı - 2015” Birinci Avropa Oyunları məşəlinin respublikanın bölgələrində gəzintisi davam edir.
Ötən gün məşəl əvvəlcə Göygöl rayonuna, daha sonra isə ölkənin ikinci böyük şəhəri Gəncəyə aparılıb. Göygöl rayonunda məşəl estafetinə Bayraq Meydanından start verilib. Burada məşəli rayon sakini, idman müəlliməsi Təhminə Əliyeva qəbul edib.

Göygöl rayonundan olan 10 idmançı marafon boyu məşəli bir-birinə ötürməklə 3 kilometrədək məsafəni qət edərək, şəhərin mərkəzinə çatdırıblar. Sonuncu məşəlçi, idman ustası Vüqar İbrahimov məşəli rayonun mərkəzi meydanında qurulan səhnəyə gətirib. Burada qurulan simvolik məşələ od vurulub.

Daha sonra məşəl Gəncə şəhərinə yola salınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti