Sınaq imtahanının cavabları artıq saytdadır

  29 May 2013    Oxunub : 89732
Sınaq imtahanının cavabları artıq saytdadır
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 26-da ali məktəbə hazırlaşan abituriyentlər üçün keçirilən sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, imtahanın nəticələri komissiyanın internet saytında (tqdk.gov.az) yerləşdirilib. Abituriyentlər aprelin 26-da keçirilən sınaq imtahanı iştirakçıları cavab kartlarının qrafik təsvirlərinə imtahan nəticələri ilə birlikdə baxa bilərlər.

Sonuncu sınaq imtahanı respublikanın 27 şəhərində 56 imtahan mərkəzində keçirilib. İmtahanda iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib. İmtahanın idarə olunması üçün 180 imtahan rəhbəri, 741 nəzarətçi-müəllim ayrılıb.

Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanları aprelin 7-dən başlanıb və sonuncu imtahan mayın 26-da keçirilib.

AzVision.az

Teqlər: