AzVision.az İlqar Mustafayevin daha əvvəl hansı vəzifədə çalışdığı barədə məlumat əldə edib. Aldığımız məlumata görə, İlqar Mustafayev Heydər Əliyev Fondunun ekspertidir, eyni zamanda Xəzər İnkişaf Fondunun direktorudur.
Qeyd edək ki, İlqar Mustafayev Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Xatırladaq ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub.

Hafiz Əhmədov
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


