`Kadr problemi öz həllini tapmaqdadır` - Prezident

`Kadr problemi öz həllini tapmaqdadır` - Prezident
  16 May 2015    Oxunub:2407
Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 4-cü Beynəlxalq Konqresin açılış mərasimi keçirilib.
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə konqres iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub.

Məktubda deyilir:

"Hörmətli konqres iştirakçıları. Sizi müxtəlif ölkələrdən "Bakı Ürək Günləri" 4-cü beynəlxalq konqresinə gələn alimləri səmimi qəlbdən salamlayır və insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram. Ümidvaram ki, kardiologiya və ürək damar cərrahiyyəsinin inkişafında artıq özünəməxsus yeri olan ənənəvi konqres müasir təbabətin yeni müalicə üsulları və texnologiyaların Azərbaycanda tədbiqinə layiqli töhfəsini verəcək.
Ölkədə davamlı sürətdə gerçəkləşən sosial yönümlü siyasət ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və ən yeni texnologiyalara uyğun müalicəsi prioritet istiqamətlərdən biri olaraq müəyyən edilib.

İnkişaf strategiyamıza uyğun şəkildə paytaxt və regionlarda günün tələblərinə cavab verən xəstəxanaların, xüsusi ixtisaslaşmış mərkəzlərin yaradılması əhalinin kordiologiyanın nailiyyətlərindən lazımı formada faydalanmaq imkanı verir. Ürək-damar cərrahiyyəsi üçün tələb olunan yüksək ixtisaslı kadr hazırlığı problemi həm ölkə daxilində, həm də Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramı çərçivəsində öz həllini tapmaqdadır".

Dövlət başçısı müasir kardiologiya sahəsinin aktual problemlərinin konqresdə aparılacaq birgə geniş müzakirəsinin Azərbaycan səhiyyə sisteminin təkmilləşdirilməsi baxımından önəmli olacağına əminliyini vurğulayıb:

"Builki konqres I Avropa Oyunları ərəfəsində keçirilir. Sağlamlığın rəhmi olan və fəal həyat tərzini təbliğ edən idman da təbabət kimi həmişə insan resurslarının keşiyində dayanır, ölkələrin və xalqların uğurlu əməkdaşlığına qarşılıqlı anlaşmasına xidmət edir. İnanıram ki, işlərinizin gərginliyinə baxmayaraq ilk Avropa Oyunları ilə bağlı maraqlə hadisələri diqqətlə izləyəcək, daim gözəlləşən və müasirləşən Bakının görkəmli yerlərini ziyarət edəcəksiniz".

AzVision.az


Teqlər:  



Xəbər lenti