Ölkəyə kimsə təzyiq edə bilməz - Əli Əhmədov
Ə. Əhmədov gənclərlə bağlı gözləntilərini açıqlayıb: “Gənclər dünyada Azərbaycanın nüfuzunu yüksəkliklərə qaldırmaq imkanına malikdirlər və gənclər bu istiqamətdə çalışmalıdırlar. Gənclərimiz vətənpərvər olmalı, Vətənə qarşı çıxanlarla barışmaz mübarizə aparmağı bacarmalıdırlar. Gənclər Azərbaycanın imicinin dünyada yaxşı formada təqdim olunmasına kömək etməlidirlər. Həqiqi vətənpərvər gənc odur ki, qürur mənbəyi milləti, xalqı, dövləti, ölkəsi olsun. Belə olan halda hər bir gənc əsl vətənpərvər olacaq və belə vətənpərvərlərin yaşadığı ölkəyə kimsə təcavüz, təzyiq edə bilməz”.
Ə. Əhmədov bildirib ki, bu gün YAP sıralarında 650 mindən çox insan cəmləşib: “Bu, təkcə statistika deyil, bu insanların Heydər Əliyev ideyalarına dərin məhəbbət və sədaqətin, dövlətçiliyimizə sədaqətin ifadəsidir. Yeni Azərbaycan Partiyasının üzvü olmaq sədaqətli vətəndaş olmaq deməkdir. Ölkəmizi gələcəkdə idarə edənlər bu gənclərin içərisindən seçiləcək. Siz nə qədər məsuliyyətlə üzərinizə düşən vəzifəni yerinə yetirsəniz, Azərbaycanın firavanlığı daha da artacaq”.
Ə. Əhmədov YAP Gənclər Birliyinin bu konfransda seçilən yeni rəhbərliyinin başçılığı altında Gənclər Birliyinin daha böyük uğurlar qazanacağına inandığını vurğulayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


