“Bakı-2015”-in məşəli Daşkəsəndə

“Bakı-2015”-in məşəli Daşkəsəndə
  16 May 2015    Oxunub:1436
“Bakı - 2015” Birinci Avropa Oyunları məşəli bu gün Daşkəsən rayonuna aparılıb.
APA-nın verdiyi xəbərə görə, Daşkəsən rayonunda məşəl estafetinə rayonun girişindən start verilib. Burada məşəli rayon sakini, dünya çempionu Xəqani Abdullayev qəbul edib.

Daşkəsən rayonunda idmançılar marafon boyu məşəli bir-birinə ötürməklə 2 kilometrədək məsafəni qət edib, şəhərin mərkəzi meydanına çatıblar. Zaur Həsənov məşəli rayonun mərkəzi meydanında qurulan səhnəyə gətirib. Burada qurulan simvolik məşələ od vurulub.

Birinci Avropa Oyunlarının çırağı yarışlar başa çatana qədər saxlanılması üçün Elməddin Əliyevə təqdim olunub.


Teqlər:





Xəbər lenti