Vətəndaşlara şəxsiyyət vəsiqələri verildi

Vətəndaşlara şəxsiyyət vəsiqələri verildi
  17 May 2015    Oxunub:3335
Daxili İşlər Nazirliyi rəhbərliyinin (DİN) tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə tədbir Baş İdarənin və Quba RPŞ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə bu rayonda baş tutub.

Xınalıq, Qonaqkənd və digər ətraf kəndlərdə keçirilmiş səyyar xidmət zamanı, ümumilikdə 1350 nəfərin, həmçinin orta ümumtəhsil məktəblərinin buraxılış sinifləri şagirdlərinin müvafiq sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir. (anspress)


Teqlər:





Xəbər lenti