Bakıda gəzməli hava, bölgələrdə yağış

Bakıda gəzməli hava, bölgələrdə yağış
  17 May 2015    Oxunub:1918
Bu gün Bakıda hava sakit keçsə də, bölgələrdə yenə şimşək və yağış proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 17-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz olacaq. Şimal küləyi əsəcək, səhər və gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 19-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Yaxın 2-3 gün ərzində Azərbaycanda hava mülayim keçəcək.


Teqlər:



Xəbər lenti