Mübariz Qurbanlıya yeni səlahiyyət verildi

Mübariz Qurbanlıya yeni səlahiyyət verildi
  17 May 2015    Oxunub:3177
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyət verilib.
AzVision.az-ın Nazirlət Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən, “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”ə 22.4-cü bənd əlavə edilib.

Yeni bəndə əsasən, xarici ölkələrdə yerləşən ziyarətgahlara turlar nəzərdə tutan turizm fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) rəsmiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi tələb olunacaq.


Teqlər:



Xəbər lenti