Vergi orqanlarının strukturu dəyişdi

Vergi orqanlarının strukturu dəyişdi
  17 May 2015    Oxunub:2848
Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nda dəyişiklik edib.
Qərara əsasən vergi orqanlarının strukturu dəyişdirilib.

İndiyə qədər “İnzibati orqanların Təsnifatı”nda Vergilər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti, Vergilər Nazirliyinin Bakı Şəhəri Vergilər Departamenti, ərazi vergilər idarələri, rayon vergilər şöbələri, Naxçıvan Şəhər Vergi İdarəsi, Naxçıvan Muxtar Respublikasının rayon vergilər şöbələri yer alıb.

Dəyişikliyə əsasən, “İnzibati orqanların Təsnifatı”nda bu sahədə inzibati orqanlar qismində Vergilər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi, Vergilər Nazirliyi yanında departamentlər, Vergilər Nazirliyinin ərazi vergilər departamentləri, ərazi vergilər idarələri, rayon vergilər şöbələri, Naxçıvan Şəhər Vergilər İdarəsi, Naxçıvan Muxtar Respublikasının rayon vergilər şöbələri olacaq.


Teqlər:



Xəbər lenti