Putinin pələngləri ova çıxdı

Putinin pələngləri ova çıxdı
  18 May 2015    Oxunub:3680
Rusiya prezidenti Vladimir Putinin azadlığa buraxdığı Amur pələngləri - Borya, Kuzya və İlona vəhşi təbiətə tam şəkildə uyğunlaşa bilib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

İki il əvvəl zəifləmiş halda tapılan və reabilitasiya mərkəzində böyüdülən pələng balaları hazırda Priamuriya ərazisində yaşayır. Onlar 2014-cü ilin may ayında Putinin səfəri zamanı vəhşi təbiətə buraxılıblar.

Xüsusi boyunluqlar peyk vasitəsilə heyvanların yerdəyişməsini izləməyə imkan verir. İlk vaxtlarda Boris ləqəbli pələngin ov etməklə bağlı çətinlikləri var idi və idarə əməkdaşları onu ət tikələri ilə yemləyirdilər. Lakin sonrada Boris digər pələnglər kimi ov etməyə başlayıblar.

Hazırda Borisin qida rasionunu qaban və porsuqlar təşkil edir. 2014-cü ilin avqustunda isə o, üç illik ayı ilə mübarizədən qalib çıxıb. O da məlumdur ki, Putinin pələngləri cüyür və canavarlar da ovalayırlar.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti