Kələğayının sənədi Mehriban Əliyevaya təqdim olundu
Daha sonra beynəlxalq tərəfdaş təşkilatlar Forumun simvolu ilə mükafatlandırıldılar.
Qeyd edək ki, Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Dövlət başçısı mərasimdə nitq söyləyib. Həmçinin, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser, UNESCO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxış ediblər.
Daha sonra BMT-nin Dünya Turizm Təşkilatı baş katibinin turizm və sülh üzrə müşaviri, Orta Şərq üzrə regional direktoru Amr Abdel-Qaffar Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin təbrik məktubunu oxuyub.
Açılış mərasimindən sonra UNESCO-nun və Böyük Britaniyanın “Tudor Rose” nəşriyyatının birgə əməkdaşlığı ilə Mədəniyyətlərin yaxınlaşması üzrə Beynəlxalq Onillik münasibətilə çap edilmiş “Fərqliliklə razılaşaq” kitabının təqdimatı olub.
Sonda xatirə şəkli çəkdirildi.(Azərtac)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


