Mikayıl Cabbarovun müavini prezident seçildi

Mikayıl Cabbarovun müavini prezident seçildi
  18 May 2015    Oxunub:3933
Bu gün Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) növbədənkənar konfransı keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd yeni prezident seçkisi olub.

İlk olaraq ATFF-nin nizamnaməsinə əsasən sabiq prezident Fazil Qarayevin istefası qəbul olunub. Bundan sonra vakant postun sahibi məlum olub. Təhsil nazirinin müavini, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov açıq səsvermədə federasiyanın yeni prezidenti seçilib.

Bundan başqa konfransın gündəliyində olan digər məsələlər də həllini tapıb. Səsvermə yolu ilə ATFF-nin İK üzvləri və vitse-prezidenti seçilib və təsdiqlənib.


Teqlər:



Xəbər lenti