Seçkidən sonra ermənilər atəşi gücləndirdi

Seçkidən sonra ermənilər atəşi gücləndirdi
  19 Fevral 2013    Oxunub:1681
Dünən Ermənistanda prezident seçkiləri bitəndən sonra erməni bölmələri mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Şıxlar, Cəvahirli, Şirvanlı və Qaraqaşlı, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli və Aşağı Veysəlli, Tərtər rayonunun Çaylı və Göyarx kəndləri yaxınlığında yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti