Prospekt bağlandı - Şəhərdə tıxac var

Prospekt bağlandı - Şəhərdə tıxac var
  19 May 2015    Oxunub:2781
Bu gün səhər saatlarında Bakı şəhərinin küçələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) AzVision.az-a verilən məlumata görə, hazırda Heydər Əliyev prospekti (əsas və kənar yolda), Bakı - Sumqayıt şosesi, Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşsı), Qələbə dairəsi (Abdulvahab Salamzadə küçəsi istiqamətində), Həsən Əliyev küçəsi, Niyazi küçəsi (Azneft dairəsi) və Azadlıq prospekti (mərkəz istiqamətində) sıxlıq yaranıb.

Bundan əlavə bir hissəsi təmirə dayanan Nobel prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin böyük sıxlığı mövcuddur.

Qeyd edək ki, burada aparılan təmir işləri ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti dünəndən hissə-hissə qismən məhdudlaşdırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti