Əmək pensiyası alanların sayı açıqlandı
Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, ölkəmizdə müasir sığorta-pensiya sisteminin fəaliyyəti dövründə pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artıb. Nəticədə 2006-cı ilin 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 29,8 manat təşkil edirdisə, 2015-ci ilin 1 aprel tarixinə 174,4 manat olub.
Hazırda yaşa görə əmək pensiyasının orta aylıq məbləği 193,9 manat, əlilliyə görə əmək pensiyasının orta aylıq məbləği 149,6 manat, ailə başçısını itirməyə görə əmək pensiyasının orta aylıq məbləği isə 131,2 manat təşkil edir.
2015-ci ilin 1 aprel tarixinə əmək pensiyası alanların tərkibində qadınların sayı 771 730 nəfər, kişilərin sayı 520 310 nəfərdən ibarətdir. Həmçinin əmək pensiyası alanların tərkibində işləyənlərin sayı 2015-ci ilin 1 aprel tarixinə 134 354 nəfərdir.
Əmək pensiyası - “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortasına cəlb olunan sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının üç növü vardır-yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


