Yanan üzlükləri istehsal edən şirkət bağlandı

Yanan üzlükləri istehsal edən şirkət bağlandı
  19 May 2015    Oxunub:16855
Binəqədi rayonu, Azadlıq prospektində 16 nəfərin ölümünə səbəb olan yanğına görə, bina üzlüklərini istehsal edən “Global Construction” şirkəti bağlanıb.

AzVision.az xəbər verir ki, hadisə yerinə gələn Daxili İşlər Nazirliyinin əməkdaşları üzlük istehsal edən sexin qapısına möhür vurublar. Sexin əməkdaşları isə bayıra buraxılmır.

Şirkətin daxilində araşdırma aparıldığı bildirilir.

Şirkət Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 23a ünvanda yerləşir. Bundan başqa şirkətin sosial şəbəkələrdə olan səhifələri də bağlanıb.


AzVision.az


Teqlər:  



Xəbər lenti