Yaralıların vəziyyəti necədir? - Açıqlama

Yaralıların vəziyyəti necədir? - Açıqlama
  19 May 2015    Oxunub:5803
Xəstəxanalarda olan yaralıların həyati təhlükəsi yoxdur.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanının AzVision.az-a verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq 170 ünvanındakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar ən son məlumatlara əsasən 50 nəfər yaralı artıq Təcili tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib.

Əvvəlcədən yararlıları qəbulu üçün tam hazır vəziyyətdə olan xəstəxanalarda yaralılara ən yüksək səviyyədə bütün lazımi tibbi yardım göstərilir. Ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib.

Hazırda yaralıların əksəriyyəti, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində toksiki zəhərlənmə diaqnozu ilə yerləşdirilib. Digər yaralılar Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı BŞX-na və Yanıq şöbəsinə yerləşdiriliblər.

10 nəfərə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

Hazırda Səhiyyə Nazirliyinin müavinləri xəstəxanalardadırlar, yaralıların hazırkı vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər.

Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 Təcili və Təxirəsalınmaz Tibbi Yardımın briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqadamız hazır vəziyyətdə hadisə yerində qalır.

AzVision.az


Teqlər:  



Xəbər lenti