İslamçılar baleti qadağan edir

  30 May 2013    Oxunub : 368
İslamçılar baleti qadağan edir
Misir islamçıları baletin qadağan olunmasına çalışırlar. Misir parlamentinin sələfi deputatı Cəmil Həmid klassik rəqsi İslam qaydalarına zidd adlandırıb və baleti qadağan etməyə çağırıb .
“Mən bütünlüklə incəsənətə qarşı deyiləm, sadəcə incəsənət adı altında yayılan əxlaqsızlıq və şərin əleyhinəyəm”, - deyə sələfi deputat bildirib və əlavə edib ki, baletdə çılpaq rəqqaslardan başqa heç nə görmür.

Qeyd edək ki, 1869-cu ildə inşa olunan Qahirə opera teatrı yaxın vaxtlara qədər Yaxın Şərqin yeganə və ən iri mədəniyyət mərkəzlərindən biri olub. Teatrın balet truppası uzun illər ərzində və xaricdən əsasən də MDB və Şərqi Avropa ölkələrindən dəvət olunan rəqqasların hesabına yaradılıb.

Ancaq indi teatr dağılmaq təhlükəsi ilə qarşı-qarşıyadır : Misir Mədəniyyət Nazirliyi teatra və balet truppasına ayrılan xərcləri iki dəfəyə qədər azaldıb, bunun nəticəsində də xaricdən ndəvət olunan balet ustalarının əksəriyyəti müqavilələrini pozmağa və ölkəni tərk etməyə məcbur olub.

Teqlər: