50 azərbaycanlı avtoritet saxlanılıb

  19 Fevral 2013    Oxunub : 627
50 azərbaycanlı avtoritet saxlanılıb
Fevralın 18-i axşam çağı Moskvanın şərqindəki kafelərdən birində 50 “qanuni oğru” saxlanılıb.
Bu haqda Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib. Hər iki koloniyanın üzvlərini ələ keçirtmək üçün əməliyyatlar eyni vaxtda keçirilib. "Qanuni oğru" dünyasından olan 90 kriminal avtoritet saxlanılıb.
Məlumata görə onlar kriminal şəxslərdən birinin “tacqoyma” mərasiminə yığışıblarmış. Saxlanılma zamanı onlardan bir neçəsi odlu silahdan atəş açamağa cəhd edib, amma polis buna imkan verməyib. Saxlanılanların Cənubi Qafqaz mənşəli avtoritetlər olduğu bildirilir.
Saxlanılaraq polis şöbəsinə aparılan şəxslərin adları açıqlanmayıb.

Teqlər: