ABŞ-ın Bakıdakı səfirindən Qarabağ açıqlaması

ABŞ-ın Bakıdakı səfirindən Qarabağ açıqlaması
  20 May 2015    Oxunub:3311
"ATƏT-in Minsk qrupunun üzvü kimi Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərir. Hazırda da bu istiqamətdə səylərimizi davam etdiririk".
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, həmsədrlər bu il prezidentlərin görüşlərini təşkil etmək üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlar aparırlar: "Nəticədə bir məsələ yaddan çıxmamalıdır ki, həmsədrlərin təklif etdikləri ideyalar əsasında hər iki ölkənin rəhbərliyiuzun müddət həllini gözləyən münaqişənin dinc həlli istiqamətdə iradə nümayiş etdirməli və addım atmalıdırlar". (Apa)


Teqlər:



Xəbər lenti