Oqtay Şirəliyev yaralılara baş çəkdi

Oqtay Şirəliyev yaralılara baş çəkdi
  20 May 2015    Oxunub:2701
Səhiyyə naziri Oqtay Şirəliyev Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğından xəsarət alanlara baş çəkib.
AzVision.az xəbər verir ki, nazirə ilk olaraq yaralıların vəziyyəti barədə məlumat verilib. Daha sonra O.Şirəliyev yaralıların vəziyyəti ilə maraqlanıb. Onunla bərabər, nazir müavini Nigar Əliyeva da xəstəxanada olub.

Nazir bütün müvafiq tədbirlərin maksimum dərəcədə operativ görülməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, hazırda yanğın baş verən binadan zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən xəsarət alanlardan 12-si müalicəsini davan etdirir. Onlardan 3-ü uşaq, 9-u böyükdür. Hazırda müalicəsini davam etdirənlərin vəziyyəti stabildir.

Xatırladaq ki, mayın 19-da baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti