Nazirlik rəsmi ölü sayını açıqladı: 15 nəfər

Nazirlik rəsmi ölü sayını açıqladı: 15 nəfər
  20 May 2015    Oxunub:2445
Səhiyyə Nazirliyi ötən gün Bakıda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində ölənlərin sayını açıqlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a bildirib ki, hazırki məlumata görə, ölü sayı 15-dir.

Nazirlik rəsmisi qeyd edib ki, xəsarət alan 56 nəfərə tibbi yardım göstərilib.

Həmin şəxslərdən 34 nəfər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, 2 nəfər 6 saylı şəhər xəstəxanasına, 4 nəfər Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər Yanıq Mərkəzinə yerləşdirilib. 15 nəfərə hadisə yerində yardım göstərilib. Hazırda xəstəxanada 14 nəfər var, qalanları evə buraxılıb.

S.Əhmədova onu da qeyd edib ki, Nazirliyin Referens-labratoriyasında hospitalizə olunmuş vətəndaşların qanları müayinə olununub. Müayinələr zamanı xəsarət alanlara natamam yanma məhsullarından zəhərlənmə diaqnozu qoyulub. Orta və ağır dərəcə dəm qazından zəhərlənmə nəticəsində yaralıların qanlarında karboksiqemoqlobin aşkarlanıb.

Qeyd edək ki, dünən baş verən yanğın nəticəsində hadisə yerində 15 nəfər ölüb.

Mətbuat xidmətinin əməkdaşı onu da qeyd edib ki, Səhiyyə Naziri Oqtay Şirəliyev daim xəstələri nəzarətdə saxlayır.

Gültəkin Ələsgər




Teqlər:





Xəbər lenti