`Yanğında təxribat variantı araşdırılır` -Abutalıbov
AzVision.az xəbər verir ki, bunu Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın yerinə növbəti dəfə gələn Bakı meri Hacıbala Abutalıbov deyib.
O, bildirib ki, təxribat variantı da istisna edilmir: “Prezident İlham Əliyev tapşırıq verib ki, bütün binalara mühafizəçi qoyulsun. Bakıda bu üzlüklə üzlənmiş 140 bina var. Hamısından nümunə götürüləcək. Ekspertizanın qərarından sonra onların sökülüb-sökülməyəcəyinə qərar veriləcək. Sabah axşam ekspertizanın rəyi bəlli olacaq. Bu binada olan üzlüklər 146 dərəcədə yanır. Amma 546 dərəcədə yanmalıdır. O material baha olduğu üçün ucuz üzlük vurublar”.
Bakə Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşlara dəyən bütün ziyanın ödəniləcəyini və onların evlərinin təmir olunana qədər müvəqqəti mənzillərlə təmin ediləcəyini bildirib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


