`Siz yanğından da faydalanırsınız!..` - Millət vəkili ittiham etdi

  20 May 2015    Oxunub : 6558
`Siz yanğından da faydalanırsınız!..` - Millət vəkili ittiham etdi
`Bu bəd xəbəri yasda eşitdim və qohum yası olsa da, orada dura bilmədim. `Azadlıq` prospektindəki yanğın deyilənə görə, 14 can alıb. Allah hamısına rəhmət etsin, doğmalarına və yaxınlarına səbr diləyirəm. Heç şübhəsiz ki, kimlərinsə məsuliyyətsizliyi, vecsizliyi və peşəSİZliyi bu faciəyə yol açıb`.

Bu sözlər millət vəkili Sahib Alıyevə məxsusdur. Deputat facebook profilində xatırladıb ki, dövlət başçısı yanğının səbəblərinin araşdırılması və günahkarların tapılıb cəzalandırılmasını tələb edib: “Artıq tutulanlar var və heç şübhəsiz ki, yenə də olacaq. Prezident İlham Əliyevin sərəncamıyla artıq Dövlət Komissiyası da yaradılıb. Yanğın nəticəsində zərər çəkənlər müvəqqəti yaşayış yeriylə təmin ediləcək, onların əmlakına dəymiş zərər 15 gün müddətində dəqiqləşdirilib ödəniləcək. Eyni zamanda bütün yas xərclərini dövlət öz üzərinə götürür, zərər görənlərə gərəkən digər yardımlar göstəriləcək”.

- Ağırıdr, çox ağırdır. Ağır olan həm də budur ki, bəziləri eyni məsuliyyətsizlik, peşəSİZlik və vicdansızlıqla yanğından reportajlar hazırlayır, onu sosial şəbəkədə yayırlar. Erməniləri anlayıram, amma sizdəki bu goreşən həzzi nə ücündür? Ey Avropa dəyərlərindən dəm vuran yaramazlar, orada belə hadisələr olanda necə hərəkət edildiyini, insan psixikasını zədələyən bir dənə də kadr yayılmadığını bilmirsinizmi? Bəzən həmin Avropada bundan da böyük yanğınlar olur, qatarlar toqquşur, təyyarələr düşür. Yüzlərlə insan ölür. Heç görmüsünüzmü ki, oradakı hakimiyyət əleyhdarları sizin kimi və sizin sayaq bundan faydalanmaq istəsinlər. Siz isə faydalanırsınız. Bu ağır dəqiqələrdə yadınıza Avropa oyunlarını gözdən salmaqla bağlı tapşırıq düşür. Onu yerinə yetirirsiniz,- deyə Sahib Alıyev vurğulayıb.

Millət vəkili haqqında danışdığı şəxslərə xatırladıb ki, yanğın Azərbaycan Avropa oyunları keçirməyə hazırlaşdığına görə baş verməyib: “Ona görə baş verib ki, sizin kimi məsuliyyətsiz, peşəSİZ və vicdansız adamlar var. Bəli, siz bu evin yanmasında suçu olanlardan elə də fəqlənmirsiniz. Öncə bir başsağlığı verin. Vermirsizniz, ona görə ki, sağlam başınız yoxdur. Yanğınsöndürənlərin, xilasedicilərin, polislərin həyatlarını risqə qoyaraq adamları necə fədakarlıqla xilas etdiklərini görün. Görə bilməzsiniz, fadakıqlğı, peşəkarlığı görmək üçün fədakar və peşəkar göz lazımdır. Onların bu fədakarlığını, peşəkarlığını təbliğ edin. Axı bunlar sizin millətin övladlarıdır. Edə bilməsziniz, ona görə ki sizi bu millət yox, verilən tapşırıqlar və bunun qarşısında alacaqlarınız maraqlandırır. Radikallıq edirsiz edin, hakiməyyəti sevmirsiz sevməyin, dövlətimizi gözü götürməyənlərdən tapşırıqla yanaşı pul da alırsınız alın, ancaq bir azca da azərbaycanlı olun, nə olar...”

Teqlər: