Quş qripi ilə bağlı qadağa qüvvədə qalır
“Artıq Azərbaycan tərəfinin qoyduğu qadağa aradan qaldırılıb”, - deyə o qeyd edib.
Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib.
“Türkiyənin quş qripi qeydə alınan 3 ərazisində, o cümlədən həmin ərazilərə yaxın bölgələr də daxil olmaqla 12 bölgəyə tətbiq olunan qadağalar qalır. Quş qripi qeydə alınmayan bölgələrdə Türkiyə Dövlət Baytarlıq Xidmətinin zəmanəti əsasında idxala icazə veririk. Qadağa tam karantin götürüləndən və 1 il ondan sonrakı müddəti əhatə edəcək”, - deyə Y. Xanvəli bildirib.(Apa)







Vaxtında, Aydın, Lazımlı!


