İki icra hakimiyyətindəki yoxlamaların nəticələri parlamentdə

İki icra hakimiyyətindəki yoxlamaların nəticələri parlamentdə
  20 May 2015    Oxunub:2133
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, Kollegiya iclasında Xəzər rayon və Lənkəran şəhər İcra hakimiyyətlərinə, tabelikdə olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan, həmçinin Göygöl Mərkəzi Rayon Xəstəxanasına dövlət büdcəsinin yerli xərclərindən ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabatlar müzakirə olunub.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. Kollegiya iclasında, həmçinin, İş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti