AOK rəhbəri İlham Əliyevə başsağlığı verdi

AOK rəhbəri İlham Əliyevə başsağlığı verdi
  20 May 2015    Oxunub:1936
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycanın dövlət başçısı İlham Əliyevə başsağlığı verib.
AzVision.az-ın məlumatına görə, P. Hikkinin məktubunda deyilir:

“Əziz Prezident İlham Əliyev. Əziz dostum. Bakıda baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi barədə xəbər məni son dərəcə sarsıtdı. Bütün Avropa Olimpiya ailəsi adından Sizə dərin hüznlə başsağlığı vermək istərdim. Dünyasını dəyişənlər arasında könüllülərdən birinin və qardaşının olması bizim üçün daha da kədərlidir. Onların ailəsinə dərin hüznlə başsağlığı veririk”.

P. Hikki həmçinin Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya başsağlığı verib: “Əziz birinci xanım. Əziz dostum. Bakıda baş vermiş və insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi barədə xəbər məni son dərəcə sarsıtdı. Bütün Avropa Olimpiya ailəsi adından Sizə dərin hüznlə başsağlığı vermək istərdim. Dünyasını dəyişənlər arasında könüllülərdən birinin və qardaşının olması bizim üçün daha da kədərlidir. Onların ailəsinə dərin hüznlə başsağlığı veririk”.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  



Xəbər lenti