Rumıniya Prezidenti İlham Əliyevi təbrik edib

Rumıniya Prezidenti İlham Əliyevi təbrik edib
  20 May 2015    Oxunub:2572
Rumıniya Prezidenti Klaus İohannis Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "28 May – Respublika Günü münasibətilə Sizə Rumıniya xalqı adından ən səmimi təbriklərimi və yüksək nailiyyətlər arzularımı çatdırmaqdan məmnunam.

Rumıniya ilə Azərbaycan arasında strateji əməkdaşlıq səviyyəsinə yüksələn dostluq münasibətlərimiz ölkələrimizin iqtisadi əlaqələrinin inkişafına imkan yaradılmasını təmin edir. Əminəm ki, biz ölkələrimiz arasındakı münasibətlərin bu kontekstdə əsaslı surətdə daha da dərinləşməsini təmin edə bilərik. Sizi Rumıniyaya səfərə dəvət etməkdən şərəf duyuram.

Cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edin".

AzVision.az


Teqlər:



Xəbər lenti